Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda böyük saxtakarlığın qarşısı alındı

© Photo : DTX mətbuat xidmətiSaxta araq istehsalı üçün nəzərdə tutulan 619 min 500 ədəd saxta aksiz markası saxlanılıb
Saxta araq istehsalı üçün nəzərdə tutulan 619 min 500 ədəd saxta aksiz markası saxlanılıb - Sputnik Azərbaycan
Abunə olmaq
DTX yarım milyondan çox saxta aksiz markasını saxladı

BAKI, 19 oktyabr — Sputnik. Azərbaycan-Gürcüstan sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən, saxta araq istehsalı üçün nəzərdə tutulan 619 min 500 ədəd saxta aksiz markası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat yolu ilə saxlanılıb.

© Photo : DTX mətbuat xidmətiSaxta araq istehsalı üçün nəzərdə tutulan 619 min 500 ədəd saxta aksiz markası saxlanılıb
Saxta araq istehsalı üçün nəzərdə tutulan 619 min 500 ədəd saxta aksiz markası saxlanılıb - Sputnik Azərbaycan
Saxta araq istehsalı üçün nəzərdə tutulan 619 min 500 ədəd saxta aksiz markası saxlanılıb

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən məlumat verilib. Araşdırmalar zamanı saxta aksiz markalarının çatdırıldığı qanunsuz fəaliyyət göstərən xüsusi məkanlarda keyfiyyətsiz spirtin su ilə texniki qarışığından əldə edilməklə əhalinin fiziki sağlamlığına zərərli olan və kütləvi satışa çıxarılan saxta araqların istehsal olunduğu müəyyən edilib. Habelə, bu məqsədlə keyfiyyətsiz spirt saxlanılan çoxlu sayda çənlər aşkar olunub.

Başlanılmış cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidməti və Vergilər Nazirliyi tərəfindən birgə araşdırmalar davam etdirilir. Azərbaycan Respublikasında vətəndaşların fiziki sağlamlığına, xalqın genofonduna qəsd edən hər növ qanunsuzluğun qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Xəbər lenti
0