Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda yolda aparılan təmir işləri yol qəzasına səbəb oldu

CC0 / PublicDomainPictures / crushДТП в Азербайджане, фото из архива
ДТП в Азербайджане, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Aşmış avtomobil Yol Patrul Xidməti əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilib

BAKI, 16 oktybar — Sputnik. Bakının Nəsimi rayonu ərazisində avtomobilin aşması ilə nəticələnən yol qəzası olub.

“Report” xəbər verir ki, hadisə Hənifə Ələsgərov küçəsində qeydə alınıb.

1995-ci il təvəllüdlü Kamilzadə Nicat Güləhməd oğlu idarə etdiyi "90-ZX-735" dövlət qeydiyyat nişanlı "Toyota Corollo" markalı avtomobil ilə Tbilisi prospekti istiqamətində hərəkətdə olarkən yolun təmir işləri gedən hissəsini görmədiyi üçün idarəetməni itirib və avtomobil aşaraq əvvəlcə səkiyə, ardınca isə işıqfora çırpılıb.

Nəticədə sürücü xəsarət almasa da, maşın deformasiyaya uğrayıb. Yol infrastrukturuna ciddi ziyan dəyib. Aşmış avtomobil Yol Patrul Xidməti əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilib.

Xəbər lenti
0