Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda nələr baş verir: Prezidentin mühafizəçisi saxlanıldı

Abunə olmaq
Məlumata görə, polis əməkdaşlar "Toyota Prado" avtomobilinə 11 güllə atıblar

BAKI, 15 oktyabr — Sputnik. Hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı Müşviq Mədətovu və onun dostu Vəli Vəliyevi məsələ aydınlaşdırılana qədər saxlayıblar. Bu barədə virtualaz.org-a məlumatlı mənbələrdən bildiriblər.

Bakıda polis əməkdaşları, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Keçmiş prezident mühafizəçisini və polisləri hədəfə alan şəxslərlə bağlı ilginc faktlar

Məlumata görə, Müşviq Mədətovla ona hücum edən insanlar arasında münaqişə olub və onlar beş ay ərzində onunla hesab çəkmək üçün əlverişli fürsət axtarıblar. Hazırda polis hadisənin araşdırır. Məsələ araşdırılana qədər Müşviq Mədətovun və onun dostu Vəli Vəliyevin saxlanılması barədə qərar qəbul edilib.

Bu arada, məlumatlı mənbələrdən o da bildirilib ki, polisə atəş açılan "Toyota Prado" avtomobilini təqib edərkən yüksək vəzifəli polis əməkdaşları mülki geyimdə olublar. Avtomobildə olan şəxslər onları təqib edənlərin polis əməkdaşları yox, Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq-əməkdaşı Muşviq Mədətovun adamları olduğunu güman ediblər.

© Photo : Virtual AzərbaycanHadisə yerindəki Toyota Prado avtomobili
Hadisə yerindəki Toyota Prado avtomobili - Sputnik Azərbaycan
Hadisə yerindəki Toyota Prado avtomobili

Və Orxan Axundzadə avtomobilə yaxınlaşarkən tapança çıxararaq havaya xəbərdarlıq atəşi açıb. Sonra polis əməkdaşları birlikdə "Toyota Prado" avtomobilini atəşə tutaraq ona üst-üstə 11 güllə atıblar.

Xəbər lenti
0