Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Keçmiş prezident mühafizəçisini və polisləri hədəfə alan şəxslərlə bağlı ilginc faktlar

© Sputnik / Murad OrujovBakıda polis əməkdaşları, arxiv şəkli
Bakıda polis əməkdaşları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Müşfiq Mədətovun bıçaqlanması və ardınca keçirilən əməliyyatda polis zabiti Orxan Axundzadənin güllələnməsi olayı ilə bağlı yeni detallar üzə çıxıb

BAKI, 15 oktyabr — Sputnik. Mərhum prezident Heydər Əliyevin mühafizəçisi olmuş Müşfiq Mədətovun bıçaqlanması və ardınca keçirilən əməliyyatda polis zabiti Orxan Axundzadənin güllələnməsi olayı ilə bağlı yeni detallar üzə çıxıb. Sputnik Azərbaycan Virtualaz.org-a istinadən xəbər verir ki, silahlı hücumu edən şəxs "Transgeyt" nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşı Emil Həsənov olub. Bu barədə adıçəkilən sayt məlumatlı mənbələrinə istinad edir.

Polis avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda rəis müavinini güllələdilər

Qeyd edək ki, "Transgeyt" Açıq Səhmdar Cəmiyyəti Bakıda onlarla avtobus marşrutuna nəzarət edirdi. 2015-ci ildə şirkət faktiki olaraq müflis olub.

Səbail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadənin yaralandığı hadisənin təfərrüatlarına gəlincə, O.Axundzadə və 9-cu Polis Bölməsinin rəisi Elsevər Qədirov, salonunda şübhəli şəxslərin olduğu "Toyota Prado" avtomobilini təqib ediblər.

Qara Qarayev prospektindəki "Ruslan 93" idman kompleksinin yaxınlığında Orxan Axundzadə "Toyota Prado" avtomobilinə yaxınlaşıb. Bu vaxt maşında olan üç nəfərdən biri polislərə "Vinçester" markalı tüfəngdən atəş açıb və onu yaralayıb.

Xatırladaq ki, Bakıda polis əməkdaşlarına hücum edilib. Hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə Səbail rayonunda, "Təzə bəy" hamamının qarşısında baş verib.

© Photo : SOCIAL NETWORKSMüşfiq Mədətov
Müşfiq Mədətov - Sputnik Azərbaycan
Müşfiq Mədətov

Hadisə nəticəsində, Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Orxan Abdullayev və Nizami RPİ-nin 23-cü polis bölməsinin keçmiş rəisi Müşfiq Mədətov yaralanıb.

Bildirilir ki, silahlı insident ötən gecə saat 3 radələrində baş verib. Ərazidə yerləşən çay evində, naməlum şəxslər Mədətova bıçaqla hücum edərək, boğazından xəsarət yetiriblər. Məlumat daxil olan kimi, əməliyyatçılar hadisəni törədən şəxsi yaxalamaq üçün hərəkətə keçiblər.

Здание Министерства внутренних дел Азербайджанской Республики - Sputnik Azərbaycan
HADİSƏ
Prezidentin mühafizəçisini bıçaqlayıb, polisi güllələyən şəxslərdən yeni xəbər var

"Koroğlu" metrostansiyasının yaxınlığında həmin şəxslərdən birini yaxalamaq mümkün olub. Lakin onlardan biri polis əməkdaşlarına "Vinçester" markalı odlu silahdan polis əməkdaşlarına atəş açıb. Bunun nəticəsində Orxan Abdullayev ayağından yaralanıb.

Hazırda fakt üzrə araşdırma aparılır. 3 nəfər şübhəli şəxs qismində saxlanılıb, lakin onların kimliyi barədə məlumat verilmir.

Əldə olunan məlumata görə, atəş açan şəxs "Toyota Prado" markalı avtomobildə olub. Qara Qarayev prospekti, "Ruslan 93" idman kompleksinin qarşısında polis zabiti Orxan Axundzadə "Toyota"ya yaxınlaşıb. Avtomobildə olan şübhəli 3 şəxsdən biri "Vinçestr" markalı odlu silahdan polislərə atəş açıb. Bu zaman polislə şübhəli şəxslər arasında atışma olub. Nəticədə canilər polisdən qaça biliblər. O. Axundzadə yaralanıb.

© Photo : SOCIAL NETWORKSMüşfiq Mədətov eks-prezident Heydər Əliyevin mühafizəçisi olub
Müşfiq Mədətov eks-prezident Heydər Əliyevin mühafizəçisi olub - Sputnik Azərbaycan
Müşfiq Mədətov eks-prezident Heydər Əliyevin mühafizəçisi olub

Polis zabiti sağ ayağından aldığı güllə yarası ilə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (Eksperimental Xəstəxana)-ya yerləşdirilib. Hadisə zamanı onun damarı zədələnib. İnsident yerinə Səbail Rayon Polis İdarəsinin rəisi də gəlib. Hazırda araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun "Qafqazinfo"ya verdiyi məlumata görə, cinayətkar dəstə üzvləri müəyyənləşdirilib: "Cinayətkarların idarə etdiyi avtomobilin dövlət nömrə nişanı və kimlikləri müəyyənləşdirilib. Hazırda onları tutulması istiqamətində tədbirlər davam etdirilir".

Xəbər lenti
0