06:38 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
66 0 0

Avtomobilin salonunda gizlədilən 15 ədəd mobil telefon aşkarlanıb

BAKI, 14 oktyabr — Sputnik. Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Lada Priora" markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Lada Priora markalı minik avtomobilində gizlədilmiş mobil telefonlar
"Lada Priora" markalı minik avtomobilində gizlədilmiş mobil telefonlar

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 6 ədəd "Samsung Galaxy J3 Pro 2017", 6 ədəd "Samsung Galaxy Grand Prime", 2 ədəd " Samsung Galaxy J5 Pro 2017", 1 ədəd " Samsung Galaxy J5 2017" markalı mobil telefonlar aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Əlaqədar

Kərə yağı niyə bahadır - gömrükdən açıqlama
İlham Əliyev gömrüklə bağlı fərman verdi
Gömrükdə 12 ədəd telefon müsadirə olundu
Gömrükdə "bayram" müsadirəsi
Gömrük Komitəsindən diqqətçəkən açıqlama
Teqlər:
Tovuz Gömrük İdarəsi, DGK, yoxlama, telefon

Əsas mövzular