13:29 23 Oktyabr 2017
Canlı yayım
Maskalı adam, arxiv şəkli

İranlı biznesmenin oğlunu Sumqayıtda boğub öldürdülər

© Sputnik / Grigory Sysoyev
HADİSƏ
Qısa URL
218 0 0

Tibb Universitetinin tələbəsini Novxanıdakı bağ evində boğublar

BAKI, 13 oktyabr — Sputnik. İran İslam Respublikasının vətəndaşı, Azərbaycan Dövlət Tibb Universitetinin 5-ci kurs tələbəsi, qətlə yetirilib. Bu barədə Sputnik Azərbaycan-a Sumqayıtın hüquq-mühafizə orqanlarından məlumat verilib.

Cinayət oktyabrın 12-si gecə, Novxanı bağları qəsəbəsində törədilib. İranlı biznesmenin 1994-cü il təvəllüdlü oğlu Möhtati Saaman Neymet oğlu öz evində qətlə yetirilib.

Qatil qurbanını yastıqla boğub. Öldürülən şəxsin meyiti üzərində başqa hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb.

İranlının evində quraşdırılmış müşahidə kamerası 4 maskalı şəxsin binaya necə daxil olduğunu qeydə alıb. Məlumata görə, cinayətkarlar evdən 50 min manat oğurlayıblar.

Bir sıra məlumatlara görə, Möhtati ailəsi tez-tez bağ evinə gedir. Bu böyük yaraşıqlı evdə daim çoxlu qonaq olur və qonşuların dediklərinə görə, burada vaxtaşırı kliplər, verilişlər çəkilirmiş. Deyilənə görə, orada hətta serial da çəkilib.

Oktyabrın 12-də tələbə atası ilə mübahisə edərək Novxanıdakı evlərinə gedib və burada qətlin qurbanı olub.

Hazırda hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu qətldə iştirak edən şəxslərin kimliyini araşdırır. İlkin məlumata görə, asayiş keşikçiləri artıq şübhəlilərin izinə düşüblər. Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.

Əlaqədar

Gədəbəydə kartof münaqişəsi qətllə qurtardı
Dünya çempionunun qətlilə bitən davanın yeni görüntüləri yayıldı: sən demə...
Vağzalda qətliam: uşaqları güllələdilər
Cənub bölgəsində tükürpədici ailə qətliamı
Quyuya atılan 6 günlük körpəni nənəsi yox, başqası qətlə yetirib
Teqlər:
Möhtati Saaman Neymet oğlu, Azərbaycan Dövlət Tibb Universiteti, qətl, İran İslam Respublikası, hüquq-mühafizə orqanları

Əsas mövzular