13:42 23 Oktyabr 2017
Canlı yayım
Təcili tibbi yardım

Gənc qız yolu keçiddən keçsə də, "avtoş"dan qurtula bilmədi

© Sputnik / Irade CELIL
HADİSƏ
Qısa URL
17 0 0

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinə məlumat verilib

BAKI, 13 oktyabr — Sputnik. Ötən gecə Abşeron rayonunun Müşfiqabad qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Şamaxı-Bakı yolu ilə hərəkət edən “99-GC-706” dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobili idarə edən Məmmədov Ağaəsgər Ağaibrahim oğlu piyada zolağı ilə hərəkət edən təxminən 20-25 yaşlı qızı vurub.

Sürücü yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlər vəziyyəti ağır olduğu üçün onu xəstəxananın Reanimasiya şöbəsinə köçürüblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinə məlumat verilib.

Əlaqədar

Avtoxuliqanlıq edən taksi sürücüsü qəza törətdi
Sabirabadda ağır qəza baş verib: 3 nəfər ölüb
FHN 4 qadının ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yaydı
Magistral yolda dəhşətli qəza baş verdi
Bakıda yol polisi qəza törətdi

Əsas mövzular