02:49 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri yağıntı suları ilə dolmuş ərazilərdə

Azərbaycanda suda boğulan onlarla insan xilas olundu

© Photo: FHN mətbuat xidməti
HADİSƏ
Qısa URL
22 0 0

Hazırda Bakı şəhərinin Binəqədi, Sabunçu rayonlarında və Abşeron rayonu ərazisində Fövqəladə Hallar Nazirliyinin 70 nəfər şəxsi heyəti və 17 ədəd texnikası suçəkmə işlərini davam etdirir

BAKI, 4 oktyabr — Sputnik. Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin və Abşeron rayonunun bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr, digər obyektlər və onların ətrafı yağış suları ilə dolmuşdur. Yağan yağışlarla əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər çərçivəsində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi vətəndaş müraciətlərinin aidiyyətı dövlət qurumlarına, o cümlədən rayon icra hakimiyyətlərinə və "Azərsu" ASC-ə ötürülməsini və Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələrinin yağıntı suları ilə dolmuş ərazilərə cəlb olunmasını həyata keçirib.

Oktyabrın 4-də gecə saatlarında Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri Bakı şəhərinin Binəqədi rayonu ərazisində müxtəlif ünvanlarda həyətyanı sahələrinin yağış suları ilə dolması səbəbindən köməksiz vəziyyətdə qalmış 25 nəfəri təhlükəsiz yerlərə təxliyə edilib.

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülkü müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın müxtəlif rayonlarında suçəkmə işlərinə cəlb olunub.

Hazırda Bakı şəhərinin Binəqədi, Sabunçu rayonlarında və Abşeron rayonu ərazisində Fövqəladə Hallar Nazirliyinin 70 nəfər şəxsi heyəti və 17 ədəd texnikası suçəkmə işlərini davam etdirir.

Əlaqədar

Avtoxuliqanlıq edən taksi sürücüsü qəza törətdi
FHN 4 qadının ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yaydı
Magistral yolda dəhşətli qəza baş verdi
Bakıda növbəti qalmaqallı qəza
Teqlər:
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Fövqəladə Hallar Nazirliyi, Binəqədi rayonu, Bakı şəhəri, Abşeron rayonu, Sabunçu rayonu

Əsas mövzular