Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtda daha bir yol çökdü: o istiqamətdə hərəkət dayandı

© Photo : REPORTВ Низаминском районе Баку на параллельной с проспектом Гара Гараева улице Мехди Аббасова просела часть дороги
В Низаминском районе Баку на параллельной с проспектом Гара Гараева улице Мехди Аббасова просела часть дороги - Sputnik Azərbaycan
Abunə olmaq
"Kanalizasiya sularının tərkibində kimyəvi maddələr, qələvilər olduğu üçün boruların yeyilməsinə səbəb olur"

BAKI, 4 oktyabr — Sputnik. Nizami rayonu Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində, magistral yolun kanalizasiya kollektoru olan hissəsi çöküb. Nəticədə böyük çuxur əmələ gəlib. Yaranan çuxura görə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Qeyd edək ki, ötən ilin iyun-sentyabr aylarında Qara Qarayev prospektində yenidənqurma və təmir işləri aparılıb.

© Photo : REPORTNizami rayonu Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində, magistral yolun kanalizasiya kollektoru olan hissəsi çöküb
Nizami rayonu Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində, magistral yolun kanalizasiya kollektoru olan hissəsi çöküb - Sputnik Azərbaycan
1/3
Nizami rayonu Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində, magistral yolun kanalizasiya kollektoru olan hissəsi çöküb

2/3

3/3

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı, Nizami rayonu Qara Qarayev prospektində olan, 1200 mm kollektorda çökmə halı baş verdiyini təsdiqləyib: "Bizim mütəxəssislər hazırda ərazidədirlər. Orada müşahidə və qiymətləndirmə aparılacaq".

"Bu kollektor, "8-ci km" qəsəbəsi salınanda, haradasa 50-60 il əvvəl tikilib. Artıq o, istismar müddətini bitirib. Kanalizasiya sularının tərkibində kimyəvi maddələr, qələvilər olduğu üçün boruların yeyilməsinə səbəb olur" — Cəbrayıllı qeyd edib.

O, əlavə edib ki, qurumun mütəxəssisləri ətraf ərazilərdə də monitorinqlər aparacaqlar: "Əgər ətraf ərazilərdə dəyişməyə ehtiyacı olan hissələr müəyyən edilərsə, dəmir-beton borulardan istifadə ediləcək. Kollektor bərpa edildikdən sonra yolun bərpa işləri həyata keçiriləcək".

"Azərsu" sözçüsü əlavə edib ki, bu xəttin, daha əvvəl Azər Manafov küçəsində olan hissəsində qəza baş verib: "Güclü yağıntıların olması həmin boruları sıradan çıxarmışdı. Qısa müddət ərzində həmin ərazilərdə bərpa işləri həyata keçiriləcək və yol da təmir ediləcək".

Xəbər lenti
0