Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyədə dəhşətli terror aktının qarşısı alınıb

© REUTERS / Huseyin AldemirPolis xüsusi təyinatlısı İstanbulda keşik çəkir
Polis xüsusi təyinatlısı İstanbulda keşik çəkir - Sputnik Azərbaycan
Abunə olmaq
Saxlanılan şəxslərin üzərində İŞİD qruplaşmasının həyata keçirdiyi edamların videoyazıları tapılıb

BAKI, 27 sentyabr — Sputnik. Türkiyə polisi İstanbulda həyata keçirilməsi planlaşdırılan terror aktının qarşısını alıb.

"Report" xəbər verir ki, bu barədə yerli KİV-lər şəhər polisinə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, sentyabrda saxlanılan 3 döyüşçüdə 2013-cü ildə Bostonda terror aktı zamanı istifadə olunmuş partlayıcı qurğunu hazırlamaq üçün instruksiya aşkar edilib.

Saxlanılan şəxslərin üzərində həmçinin İŞİD qruplaşmasının həyata keçirdiyi edamların videoyazıları tapılıb. 

Xəbər lenti
0