Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Cənub zonasında təbii fəlakət baş verib, nəticələr ürəkaçan deyil

© Sputnik / Maks Vetrov / Mediabanka keçidKülək, arxiv şəkli
Külək, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Binanın dam örtüyü uçub, avtomobillərə ziyan dəyib, elektrik enerjisi kəsilib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Dünən gecə saatlarında başlayan güclü külək Masallı rayonunda ciddi fəsadlara səbəb olub. Masallı Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Abbas Mikayılovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, güclü külək və leysan yağışları nəticəsində, rayon ərazisində bir yaşayış binasının dam örtüyü uçub.

"Binanın dam örtüyünün bir hissəsi qoparaq, yaxınlıqda saxlanılan 5 avtomobilin üzərinə düşüb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib" — deyə A. Mikayılov bildirib.

Onun sözlərinə görə, canlı qüvvə və ağır texnikanın köməkliyi ilə ərazi təmizlənməyə, binanın dam örtüyü bərpa olunmağa başlayıb: "Sabahadək binanın dam örtüyü təmir ediləcək".

Bundan əlavə, güclü külək Masallı rayonu ərazisində 5 ədəd irigövdəli ağacı da kökündən qoparıb və elektrik naqillərinin üzərinə aşırıb. Nəticədə naqillər qopub, 110 kv-lıq yarımstansiyada qəza baş verib və transformatorlar sıradan çıxıb.

© Sputnik / Rahim MuradovKülək Masallı rayonunda ciddi fəsadlara səbəb olub
Külək Masallı rayonunda ciddi fəsadlara səbəb olub - Sputnik Azərbaycan
1/4
Külək Masallı rayonunda ciddi fəsadlara səbəb olub
© Sputnik / Rahim MuradovKülək Masallı rayonunda ciddi fəsadlara səbəb olub
Külək Masallı rayonunda ciddi fəsadlara səbəb olub - Sputnik Azərbaycan
2/4
Külək Masallı rayonunda ciddi fəsadlara səbəb olub
© Sputnik / Rahim MuradovKülək Masallı rayonunda ciddi fəsadlara səbəb olub
Külək Masallı rayonunda ciddi fəsadlara səbəb olub - Sputnik Azərbaycan
3/4
Külək Masallı rayonunda ciddi fəsadlara səbəb olub
© Sputnik / Rahim MuradovKülək Masallı rayonunda ciddi fəsadlara səbəb olub
Külək Masallı rayonunda ciddi fəsadlara səbəb olub - Sputnik Azərbaycan
4/4
Külək Masallı rayonunda ciddi fəsadlara səbəb olub
1/4
Külək Masallı rayonunda ciddi fəsadlara səbəb olub
2/4
Külək Masallı rayonunda ciddi fəsadlara səbəb olub
3/4
Külək Masallı rayonunda ciddi fəsadlara səbəb olub
4/4
Külək Masallı rayonunda ciddi fəsadlara səbəb olub

Masallının bir neçə kəndinə və rayon mərkəzinin bir hissəsinə verilən elektrik enerjisi kəsilib. Hazırda fəsadların aradan qaldırılması və elektrik enerjisinin bərpasi istiqamətində işlər davam etdirilir.

Xəbər lenti
0