12:16 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
277 0 0

Polis baş serjantı T.Əliyevə tibbi yardım göstərilib, onun vəziyyəti normaldır, hazırda müalicəsi davam etdirilir

BAKI, 22 sentyabr — Sputnik. Bu gün saat 10 radələrində Yasamal rayonundakı yataqxanaların birinin 3-cü mərtəbəsində yanğın baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumları və polis əməkdaşları hadisə yerinə gəliblər. 

Yataqxanadakı sakinlərin yanğından xilas edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlər görülüb.

Bina sakinlərinin təxliyyəsi zamanı yanğınsöndürənlərlə birlikdə olan Əlahiddə Çevik Polis Alayının manqa komandiri, polis baş serjantı Tural Əliyev də fəallıq göstərib. Lakin o tüstüdən zəhərlənərək 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib.

Polis baş serjantı T.Əliyevə tibbi yardım göstərilib, onun vəziyyəti normaldır, hazırda müalicəsi davam etdirilir.

Əlaqədar

Cəbhə xətti yaxınlığında güclü yanğın olub
Məcburi köçkünlərin yataqxanasında şiddətli yanğın hələ söndürülməyib
Aran bölgəsində də yanğın təlaşı
Şabran rayonunda yenə yanğın olub
Şimal bölgəsindən də yanğın xəbəri gəlib
Teqlər:
Yanğın, 1 saylı Şəhər Kliniki Xəstəxanası, Əlahiddə Çevik Polis Alayı, Daxili İşlər Nazirliyi, Tural Əliyev, Yasamal rayonu

Əsas mövzular