Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Gazelli"də baş verən şiddətli yanğınla bağlı mühüm məqamlar üzə çıxdı

© Photo : Facebook / Gazelli Group LtdGazelli Group Ltd-nin labaratoriyası, arxiv şəkli
Gazelli Group Ltd-nin labaratoriyası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur şirkətin yetkilisi bəzi detallara aydınlıq gətirdi

BAKI, 20 sentyabr — Sputnik. "Yanğın dünən saat 15.00 radələrində "Gazelli Group" şirkətinə məxsus dəftərxana məhsullarının saxlanıldığı anbarların birində baş verib. Amma yanğının səbəbləri hələ məlum deyil".

Yanğınsöndürənlər, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda məşhur şirkət yanır - VİDEO

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında, "Gazelli Group" MMC-nin mətbuat xidmətinin rəhbəri Yelena Sidorenko bildirib. "Biz indi araşdırma aparırıq. Mətbuatda bəzi düzgün olmayan məlumatlar yayılmışdı" — o, əlavə edib.

Mətbuat katibi həmin məlumatlarla bağlı bunları deyib: "Səhiyyə Nazirliyi yanğın zamanı 10 nəfərin zəhərləndiyini bildirmişdi. Düzdür, onlar da qeyd etmişdilər ki, bu xəsarətlər yüngüldür. Amma bildirmək istəyirəm ki, yanğından zərər görən şəxslər bizim deyil, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarıdır. FHN əməkdaşları yanğın olan yerə girib-çıxdıqları üçün yüngül zəhərlənmə baş verib. Bizim əməkdaşlarımız isə, hadisə yeni başlayanda oradan evakuasiya edilmişdilər. Yəni "Gazelli Group"un əməkdaşları heç bir xəsarət almayıblar".

Mətbuat sözçüsünün dediyinə görə, şirkətə nə qədər zərər dəydiyi barədə hələlik informasiya vermək mümkün deyil: "Çünki bunun üçün araşdırmalar aparılmalı, dəyən zərər müəyyənləşdirilməlidir. Eləcə də yanğının səbəbləri haqqında məlumat müəyyən edildikdən sonra veriləcək".

Sidorenko bildirib ki, yanğın, təxminən saat yarım ərzində tamamilə söndürülüb: "Yanğın olan anbarda çoxlu sayda kağızlar, broşürlar və digər dəftərxana məhsulları olduğundan, yanğın sürətlə bütün anbar ərazisinə yayılmışdı. Vurğulamaq istərdik ki, şirkətimizdə hər 6 həftədən bir texniki baxış keçirilir".

"Hadisənin nədən baş verdiyi hələlik məlum deyil, araşdırma aparılır, nəticələr məlum olanda, ictimaiyyətə məlumat veriləcək. Bir də qətiyyətlə bildirmək istərdik ki, hadisə zamanı şirkət əməkdaşlarından heç kim zərər çəkməyib" — o, təkrar diqqətə çatdırıb.

Məsələ ilə bağlı gün ərzində FHN-in mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qaldı.

Xatırladaq ki, dünən Xəzər rayonun Şüvəlan qəsəbəsində "Gazelli" kosmetika zavodunda yanğın baş verib. Hadisə şahidlərinin verdikləri məlumata görə, yanğın nəticəsində kimyəvi maddənin kəskin qoxusu ətrafa yayılıb. Nəticədə bir neçə nəfərin vəziyyəti pisləşib.

Onu da qeyd edək ki, "Gazelli Group" MMC "AZAL"ın rəhbəri Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovaya məxsusdur. O, "Gazelli Azerbaijan" kosmetika şirkətinin təsisçisi və kreativ direktorudur.

Xəbər lenti
0