Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Avtobusla taksinin toqquşması nəticəsində 7 nəfər yaralandı

© Sputnik / Anar MustafayevBakıda sərnişin avtobusları, arxiv şəkli
Bakıda sərnişin avtobusları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yaralananlardan 6-sı Müşviqabaq qəsəbəsində yerləşən poliklinikaya yerləşdirilib

BAKI, 17 sentyabr — Sputnik. Abşeron rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, rayonun Atyalı qəsəbəsi ərazisində 114 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək önündə gedən minik avtomobilinə (taksi – red.) çırpılıb.

Nəticədə 7 nəfər sərnişin xəsarət alıb. Onlardan 6-sı Müşviqabaq qəsəbəsində yerləşən poliklinikaya yerləşdirilib. Bir nəfərin — 1996-ci il təvəllüdlü Rəsulov Rəsul Mirələm oğlunun vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Xəbər lenti
0