13:04 23 Noyabr 2017
Canlı yayım
Bıçaq, arxiv şəkli

Şəkidə anormal hadisə qeydə alınıb

CC BY-SA 2.0 / Erik Gregg / Knife
HADİSƏ
Qısa URL
106 0 0

Şəkidə avtomobilin qarşısını kəsən naməlum şəxs sürücunü bıçaqlayıb

BAKI, 16 sentyabr — Sputnik. Şəkidə bıçaqlanma hadisəsi qeydə alınıb.

"Report"un məlumatına görə, 1981-ci il təvəllüdlü şəhər sakini Etibar Rəhim oğlu Abdurəhmanov "90-MC-583" dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil ilə hərəkətdə olarkən, anidən qarşısını naməlum şəxs kəsərək onu bıçaqlayıb.

Yaralanan sürücü idarəetməni itirib və avtomobili maneəyə çırpıb. Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb.

Yaralı sürücü "təcili yardım" maşını ilə dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona sağ qolun üçdə birinin kəsilmiş yarası diaqnozu qoyulub.

Hazırda polis hadisəni törədən şəxsin axtarışlarını davam etdirir.

Əsas mövzular