Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Paytaxtda qasırğadan 15 nəfər zərər çəkib

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidMoskvada qasırğa, 15 sentyabr 2017-ci il
Moskvada qasırğa, 15 sentyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Qasırğa zamanı küləyin surəti saatda 25 metr olub, külək onlarla ağacı yerindən çıxarıb

BAKI, 16 sentyabr — Sputnik. Moskvada qasırğadan 15 nəfər zərər çəkib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, dünən Moskvada baş verən qasırğa zamanı zərərçəkən 15 nəfərdən 2-si uşaqdır. Paytaxt həkimlərinin sözlərinə görə, zərərçəkənlərin əksəriyyəti yıxılaraq yüngül xəsarət alıb. Xəsarət alanlardan 6 nəfəri xəstəxanaya yatırılıb. Onlarda daha ağır zədələr müəyyən edilib.

Qasırğa zamanı küləyin surəti saatda 25 metr olub. Külək onlarla ağacı yerindən çıxarıb. Güclü külək evlərin damına da zərər verib.

Havanın pisləşəcəyi barədə dünən günorta məlumat verilib. Paytaxtda hava təhlükəsində narıncı səviyyə elan edilib. Narıncı səviyyə hansısa təbii fəlakətin olacağı və binalara zərər dəyə biləcəyi ehtimalıdır.

Xəbər lenti
0