00:37 26 Sentyabr 2017
Canlı yayım
Post-patrul xidməti, arxiv şəkli

Piyadanın ölümü ilə nəticələnmiş avtobus qəzası barədə rəsmi məlumat yayıldı

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
20 0 0

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində H. Saatov sentyabrın 14-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib

BAKI, 16 sentyabr — Sputnik. Bakının Yasamal rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Sputnik Azərbaycan-a daxil olan birgə məlumatda qeyd olunur ki, sentyabrın 14-də paytaxtın Yasamal rayonu ərazisində 1977-ci il təvəllüdlü Saatov Hakim Aslan oğlunun 39 saylı marşrut üzrə idarə etdiyi "Daewoo" markalı 99-XV-274 dövlət nömrə nişanlı avtobusla Bakı şəhəri, A. Şərifzadə küçəsində yolun kənarında dayanmış piyada Əskərova Günel Adəm qızını vurması nəticəsində sonuncunun aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsi və H. Saatovun hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. 

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində H. Saatov sentyabrın 14-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

İstintaq zamanı H.Saatovun avtobusu nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etməsi müəyyən edildiyindən əməl Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib.

H. Saatov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Əlaqədar

Magistral yolda dəhşətli qəza baş verdi
Bakıda yol polisi qəza törətdi
Bakı-Quba magistralında ağır qəza
Sürücüsü olmayan motosiklet qəza törətdi
Bakıda növbəti qalmaqallı qəza
Teqlər:
Qəza, Bakı şəhər Baş Polis İdarəsi, Əskərova Günel, Saatov Hakim, Yasamal rayonu, Bakı

Əsas mövzular