Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dünyanın ən yaşlı sakini vəfat etdi

© AP Photo / Raymond SimpsonVayolet Mosse-Braun, 16 aprel 2017-ci il
Vayolet Mosse-Braun, 16 aprel 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Yamaykalı V. Mosse-Braunun 117 yaşı olub

BAKI, 16 sentyabr — Sputnik. Dünyanın ən yaşlı sakini Vayolet Mosse-Braun vəfat edib.

APA-nın məlumatına görə, bu barədə Yamayka baş naziri Endryu Holness özünün "Twitter" səhifəsində yazıb.

Yamaykalı V. Mosse-Braunun 117 yaşı olub.

Bu ilin aprelin 15-dən V. Mosse-Braun dünyanın ən yaşlı sakini sayılır. Qadın həmçinin Yamaykanın ilk uzun ömürlü sakini hesab olunur.

Onu da əlavə edək ki, V. Mosse-Braunun adı dünya tarixində ən yaşlı insanların ilk "beşliyi"ndə yer alıb.

Xəbər lenti
0