00:25 26 Sentyabr 2017
Canlı yayım
Həbs

Azərbaycanda məmur oğlu həbs olundu

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
273 0 0

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbərinin oğlu həbs edilib

BAKI, 15 sentyabr — Sputnik. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğlu həbs edilib. Bu barədə APA-ya Səbail Rayon Məhkəməsindən bildirilib.

Məlumata görə, sentyabrın 7-də paytaxtın Səbail rayonunda iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı başlanmış cinayət işi üzrə "Subaru" markalı avtomobilin sürücüsü Arif Rəhimov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi "Subaru" markalı avtomobili yolun kənarında dayanan, paytaxt sakini Seymur Məmmədova məxsus "Toyota Prado" markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi "Opel" markalı avtomobilə çırpılıb.

F. Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A. Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər. A. Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

A. Rəhimov Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.

Əlaqədar

Mehman Əliyev həbsdən azad edilir?
Türkiyədə daha iki Almaniya vətəndaşı həbs olunub
Piyadanı vurub qaçan sürücü həbs edildi
Bakıda avtobus sürücüsünü silahla hədələyən şəxs həbs edilib
Dünya çempionunu öldürən azərbaycanlı həbs edilib
Teqlər:
Qalib Rəhimov, Bakı şəhər Baş Polis İdarəsi, Daxili İşlər Nazirliyi, həbs

Əsas mövzular