Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda növbəti meşə yanğını

© Photo : FHN mətbuat xidmətiQəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi üzrə növbəti əməliyyat müşavirəsi keçirilib
Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi üzrə növbəti əməliyyat müşavirəsi keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində operativ tədbirlər görülür

BAKI, 14 sentyabr — Sputnik. İsmayıllıda meşədə yanğın başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bu gün saat 14:30 radələrində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Basqal meşəbəyliyinin Zərgəran kəndi yaxınlığındakı yüksək dağlıq ərazidə yanğın hadisəsi baş verib.

Yanğının söndürülməsi üçün dərhal əraziyə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının nümayəndələri cəlb olunub.

Hazırda yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində operativ tədbirlər görülür.

Xəbər lenti
0