04:04 26 Sentyabr 2017
Canlı yayım
Anar Allahverənov

Dünya çempionunu öldürən azərbaycanlı barədə təcili xəbər

© Foto: Instagram / anar4911
HADİSƏ
Qısa URL
2307 0 0

Başına 500 min pul qoysalar da, Azər Allahverənovun yerini xəbər verən olmayıb

BAKI, 14 sentyabr — Sputnik. Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçevi öldürməkdə təqsirli bilinən, azərbaycanlı Anar Əliyar oğlu Allahverənovla bağlı beynəlxalq axtarış elan edilib və onun haqqında qiyabi həbs qərarı verilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Regional İstintaq İdarəsindən məlumat verilib.

Qeyd olunur ki, İstintaq Komitəsinin Xabarovsk diyarı üzrə istintaq orqanları Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-cü hissəsi ("Xuliqanlıq niyyətilə qəsdən adam öldürmə") ilə cinayət işi açılıb.

Xatırladaq ki, Rusiyanın Daxili İşlər Nazirliyi Anar Allahverənovun tutulması müqabilində 500 min rubl təklif edib. Məlumatda deyilir: "RF Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulan cinayəti törədən Xabarovsk diyarı Amur şəhərinin sakini, 19.01.1992-ci ildə doğulan Allahverənov Anar Əliyar oğlu axtarılır".

Mükafat, federal axtarışa verilən şübhəli şəxsin tutulmasına kömək edən informasiya müqabilində ödəniləcək. Güc strukturları informasiyanı təqdim edən şəxsin anonimliyinə və konfidensiallığına zəmanət verir.

Hadisə avqustun 20-də səhər tezdən Xabarovsk şəhərinin mərkəzindəki kafelərindən birinin qarşısında baş verib. Müşahidə kameralarının qeydə aldığı dava zamanı Anar Allahverənov 120 kq çəkisi olan çempion Andrey Draçevi zərbə ilə yerə yıxır və sonra onun qoluna, qıçına, başına bir neçə zərbə endirir. Təcili yardım Draçevi xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Allahverənovun qohumlarının sözlərinə görə, Andrey Draçev Anarı itələyib, onu "çuşka" (geridəqalmış kimi təhqiramiz ifadə — red.) adlandırıb. Onların arasında mübahisə yaranıb və Andrey bir daha Anarı küçə ifadələri ilə təhqir edib. Bundan sonra Anar dünya çempionunu təkbətək davaya çağırıb.

Əlaqədar

Dünya çempionunu öldürən azərbaycanlının işi böyüyür
Həmyerlimizin rus dünya çempionunu öldürməsinin ilginc səbəbi
Dünya çempionunu öldürən azərbaycanlı həbs edilib
Dünya çempionunu bir zərbə ilə öldürən azərbaycanlı imiş
Dünya çempionunun dəhşətli öldürülmə anı kameraya düşdü
Teqlər:
Anar Əliyar oğlu Allahverənov, Andrey Draçev, Pauerliftinq, dünya, Avropa, cinayət işi, çempion

Əsas mövzular