Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qoyun sürüsünü vurdu, sürü yiyələri tərəfindən döyüldü

© Sputnik / Murad OrujovЖертвенные бараны на праздник Гурбан Байрам
Жертвенные бараны на праздник Гурбан Байрам - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır

BAKI, 14 sentyabr — Sputnik. Bakının Xəzər rayonunda döyülmə ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Qala qəsəbəsində qeydə alınıb.

1973-cü il təvəllüdlü Şəfiyev Elman Bəhmən oğlu "90-LC-587" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobil ilə qəfil qarşısına çıxan qoyun sürüsünü vurub. Nəticədə 10 baş heyvan tələf olub, eyni zamanda avtomobilə ziyan dəyib.

E.Şəfiyev sürü sahibinə öldürdüyü xırdabuynuzlu heyvanlara görə pul ödəyəcəyini bildirib və öz aralarında razışlaşmalarını istəyib. Lakin heyvan sahibi hadisənin baş verdiyi əraziyə bir neçə nəfər tanışını çağırıb. Bu zaman tərəflər arasında mübahisə düşüb. Əlbəyaxa dava zamanı E.Şəfiyev onlar tərəfindən döyülüb.

Hadisənin baş verdiyi əraziyə "təcili yardım" maşını və Post Patrul Xidmətinin əməkdaşları gəlib. Döyülərək xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, E.Şəfiyevin vəziyyəti ağırdır. Onun burun sümüyünün sınığı və açıq kəllə-beyin travması aldığı məlum olub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti
0