Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Məmuru bıçaqlayan şəxs tutulub - təfərrüat

CC0 / charlemagne / knifeУдар ножом в сердце, фото из архива
Удар ножом в сердце, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda məmurun bıçaqlanmasının təfərrüatları məlum olub

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 12 sentyabr — Sputnik. Dünən, Quba Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nizaməddin Əmrullayevi bıçaqlayan şəxs, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, saxlanılan şəxs rayonun İkinci Nügədi kənd sakini Şakir Mədətovdur.

Kənd sakinlərinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdikləri məlumata görə, hadisə elə həmin kənddə baş verib. Belə ki, icra hakimiyyətinin şöbə müdiri də həmin kəndin sakinidir və bu iki həmkəndli arasında torpaq sahəsi üstündə mübahisə düşüb. Nəticədə Mədətov Əmrullayevi bıçaqlayıb.

Hazırda faktla bağlı rayon Polis Şöbəsində araşdırma davam etdirilir.

Xəbər lenti
0