10:16 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Yanğın

Zaqatalada avtomobil özbaşına yanıb, sürücü isə...

CC0 / LoggaWiggler / Fire
HADİSƏ
Qısa URL
216 0 0

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 sentyabr — Sputnik. Zaqatalada avtomobil yanıb.

Hadisə bu gün günorta saatlarında Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Zaqatala Bölgə Təcrübə stansiyasının yerləşdiyi Pərzivan adlanan ərazidə baş verib. Zaqatala bölgə Təcrübə stansiyasının müdiri Nəbi Kərimov özünə məxsus 2007-ci il buraxılışlı, Niva markalı avtomobillə stansiya ərazisinə gəlib. Avtomobili söndürüb, xırmana aqreqatlara baxmaq üçün gedib. Bir neçə dəqiqə sonra avtomobilin motor hissəsinin yandığını görüb.

Hadisə yerinə FHN Zaqatala yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, avtomobil və içərisində olan Nəbi Kərimova məxsus sənədlər tamamilə yanaraq, yararsız hala düşüb.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Fakt araşdırılır.

Əsas mövzular