03:52 23 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Döş qəfəsi nahiyəsinə bıçaq zərbəsi, arxiv şəkli

Qubada yüksək vəzifəli şəxsi bıçaqladılar

CC0 / charlemagne / knife
HADİSƏ
Qısa URL
403 0 0

N.Əmurullayev Rayon İcra Hakimiyyətinda Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində çalışır

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 11 sentyabr — Sputnik. Azərbaycanda vəzifəli şəxs bıçaqlanıb.

Bu gün Quba Rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı Quba rayon İcra Hakimiyyətinin şöbə müdiri Nizaməddin Əmrullayev döş qəfəsindən 3 bıçaq zərbəsi alıb. N.Əmrullayev Rayon İcra Hakimiyyətində Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində çalışır.

Hadisə mübahisə zəminində baş verib.

Quba Rayon Mərkəzi Xəstəxanasından Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, yaralının vəziyyəti orta ağırdır.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.

Əsas mövzular