Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Pərvanə Nəzərovanı avtomobil vurub

© Sputnik / Anar MustafayevПешеходный переход в Баку
Пешеходный переход в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
O, xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 7 sentyabr — Sputnik. Dünən axşam saatlarında Qax şəhərinin Molla Vəli Vidadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Qax şəhər sakini, 1979-cu il təvəllüdlü Abid Hikmət oğlu Abidov idarə etdiyi 10-GF-070 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən, yolu keçmək istəyən piyada, 1994-cü il təvəllüdlü Pərvanə Abdurəhim qızı Nəzərovanı vurub. Qəza nəticəsində idarəetməni itirən sürücü yoldan çıxaraq avtomobili aşırıb.

Nəticədə piyada və sürücü aldıqları müxtəlif növ bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib, sürücünün xəsarətləri yüngül oduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb. 23 yaşlı Pərvanə Nəzərova isə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti
0