Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yanğınsöndürən maşınlar yanğın bölgəsinə daxil ola bilmir

© Sputnik / Anna Ogorodnik / Mediabanka keçidПожар в селе, фото из архива
Пожар в селе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hava şəraiti isti və küləkli olduğundan yanğının söndürülməsində çətinliklər yaranıb

BAKI, 31 avgust — Sputnik. Bu gün Oğuz rayonunda baş vermiş meşə yanğını ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) də açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında baş verib.

Yanğın baş vermiş əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları cəlb olunub. Yanğının əhatə etdiyi ərazi sərt və hündür yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb. Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir.

Hava şəraiti isti və küləkli olduğundan yanğının söndürülməsində çətinliklər yaranıb. Hazırda yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər görülür.

Xəbər lenti
0