Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Adamın corabının içindən narkotik çıxdı

© Photo : www.customs.gov.azİrandan gələn yük maşınında xeyli miqdarda heroin aşkar olunub
İrandan gələn yük maşınında xeyli miqdarda heroin aşkar olunub - Sputnik Azərbaycan
Abunə olmaq
Sərhəddə Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb

BAKI, 30 avqust — Sputnik. Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Yoxlama zamanı, vətəndaşın ayağındakı corabların içəri alt hissəsində 2 ədəd bağlamada olmaqla, ümumi xalis çəkisi 137,471 qram təşkil edən narkotik vasitə — heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0