Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yanğın baş verən ərazidə partlayışlar müşahidə olunur

© Sputnik / Murad OrujovN-ской воинской части Министерства обороны Азербайджана произошел пожар
N-ской воинской части Министерства обороны Азербайджана произошел пожар - Sputnik Azərbaycan
Abunə olmaq
FHN silah anbarındakı partlayışla bağlı açıqlama yayıb

BAKI, 27 avqust — Sputnik. Fövqəladə Hallar Nazirliyi silah anbarındakı partlayışla bağlı açıqlama yayıb. Sputnik Azərbaycan-ın redaksiyasına daxil olan məlumatda deyilir:

"Bu gün Müdafiə Nazirliyinin Xızı rayonu ərazisindəki N saylı hərbi hissəsinin silah-sursat anbarında yanğın baş verib. Yanğın baş verən ərazidə partlayışlar müşahidə olunur. Qeyd olunan hadisə ilə əlaqədar hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (Xızı, Siyəzən, Şabran, Xaçmaz RDYMH-lərinin, Sumqayıt DYMİ-nin, Bakı Qarnizonunun), Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının canlı qüvvələri və müvafiq texnikaları cəlb edilmişdir. Partlayaraq ətraf ərazilərə düşən sursatların yaratdığı yanğın ocaqları DYMX-ni yanğınsöndürənləri tərəfindən dərhal söndürülür.

Yanğın nəticəsində partayan sursatların təhlükə yarada biləcəyi ərazilərdən əhalinin təxliyyə edilməsi istiqamətində digər icra hakimiyyəti orqanları ilə birgə tədbirlər həyata keçirilir. Təxliyyə edilən əhalinin müvəqqəti yerləşdirilməsi, eləcə də onların məişət və həyat təminatının təmin edilməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən təhlükəsiz ərazidə çadır şəhərciyi yaradılır. Əlavə məlumat veriləcək".

Xəbər lenti
0