15:48 21 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Prezident İlham Əliyev

Prezident İlham Əliyev partlayışla əlaqədar təcili göstəriş verib

© Official website of President of Azerbaijan Republic
HADİSƏ
Qısa URL
760502

Silah anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan prezidentinin tapşırığı ilə komissiya yaradılıb

BAKI, 27 avqust — Sputnik. Müdafiə, Fövqəladə Hallar nazirlikləri və Baş Prokurorluq, silah anbarında baş verən partlayışla əlaqədar birgə məlumat yayıb. Sputnik Azərbaycan-ın redaksiyasına daxil olan məlumatda deyilir:

"Bu gün səhər saat 09 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində naməlum səbəbdən baş vermiş yanğın nəticəsində həmin hərbi hissənin utiləşmə üçün hazırlanmış silah–sursat anbarında partlayışlar baş verib.

Dövlət başçısının tapşırığına əsasən, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.

Görülmüş tədbirlər nəticəsində hərbi hissənin ərazisində yaşayan və xidmət keçən şəxslər təhlükəsiz yerə təxliyyə olunublar. Saat 13 radələrinədək hadisə yerində işləyən 6 nəfər şəxs yüngül dərəcəli bədən xəsarətləri alıb, digər ağır xəsarət alan və ölənlər barədə məlumat daxil olmayıb.

Eyni zamanda N saylı hərbi hissənin yaxınlığında olan Sitalçay, Giləzi, Məmmədhəsən və Şürabad kəndlərinin əhalisi ərazidən təhlükəsiz yerə təxliyyə edilərək Fövqəladə Hallar Nazirliyi tərəfindən qurulmuş müvəqqəti çadırlara yerləşdirilir. Digər yaşayış məntəqələri üçün hər hansı bir təhlükə mövcud deyil.

Baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət başlanıb, istintaq-əməliyyat qrupu digər qurumlarla əlaqəli istintaq-əməliyyat tədbirlərini həyata keçirirlər.

Görülən təxirəsalınmaz tədbirlər barədə mütəmadi olaraq Azərbaycan Respublikası Prezidentinə məlumat verilir".

Əlaqədar

Partlayış bölgəsinin əhalisi iki istiqamətə təxliyə olunur
Sürücülərə çağırış: "Partlayış bölgəsinə səfərlərinizi təxirə salın"
Partlayışla əlaqədar şimal bölgəsinə gedən yol bağlandı
Azərbaycanda silah anbarı partladı: əhali evakuasiya olunur
Teqlər:
komissiya, prezident, xəsarət, partlayış, nazirlik

Əsas mövzular