21:27 04 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
4434 0 0

Kəndlərdəki evlərə çoxlu ziyan dəyib, həyətlərdə qəlpələr aşkarlanıb

Leyla Abdullayeva,Sputnik Azərbaycan

BAKI, 27 avqust — Sputnik. Bu gün N saylı hərbi hissədə baş verən partlayışla əlaqədar Xızı rayonunun Şurabad, Giləzi, Siləlçay və Yaşma qəsəbələrinin əhalisinin yarısı Siyəzən rayonu, yarı hissəsi isə Zarat qəsəbəsi ərazisinə təxliyyə edilir.

Köçürülən sakinlərin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdikləri məlumata görə, kəndlərdəki evlərə çoxlu ziyan dəyib, həyətlərdə qəlpələr aşkarlanıb. Sakinlərin bəziləri öz avtomobilləri ilə təcili ərazini tərk ediblər.

Son durumla bağlı Müdafiə Nazirliyindən də açıqlama var. MN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən rəsmi məlumata görə, N saylı hərbi hissəsinin silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyəsi həyata keçirilib: "Hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlər davam etdirilir".

Xatırladaq ki, bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın baş verib. Nəticədə ərazidə partlama müşahidə olunub.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir. İndiyə olan məlumata görə həlak olan və xəsarət alan yoxdur.

Hərbi hissənin silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov məlumat verib.

Baş həkim qeyd edib ki, partlayışla müşayiət olunan yanğın davam etdiyindən təcili yardım maşınları əraziyə buraxılmır. Hadisə nəticəsində yaralıların olduğu barədə məlumat daxil olduğunu deyən M. Cəlalov ehtiyac yaranacağı təqdirdə əraziyə əlavə briqadalar göndəriləcəyini bildirib.

N saylı hərbi hissənin silah anbarında baş vermiş partlayış və yanğınla əlaqədar olaraq, təhlükəsizlik tədbiri təşkil etmək üçün hal-hazırda Bakı-Quba magistral yolu bağlanıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə ilə bağlı əraziyə gediş-gəliş dayandırılıb.

Hadisənin Siyəzən rayonu ərazisində yerləşən hərbi hissədə baş verdiyi qeyd olunsa da, həmin ərazi inzibati baxımdan Xızı rayonuna tabedir. Baş verənlərlə əlaqədar ərazi üzrə hərbi komissarlıqlara da müvafiq təlimatlar verilib.

Əlaqədar

Sürücülərə çağırış: "Partlayış bölgəsinə səfərlərinizi təxirə salın"
Partlayışla əlaqədar şimal bölgəsinə gedən yol bağlandı
Azərbaycanda silah anbarı partladı: əhali evakuasiya olunur
Teqlər:
N saylı hərbi hissə, Xızı rayonu, Sputnik Azərbaycan, kənd, sakin, partlayış, təxliyə, əhali

Əsas mövzular