10:35 17 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
519 0 0

Zaqatala sakini sahibsiz itin hücumuna məruz qalıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 25 avqust — Sputnik. Zaqatala rayonunun Qımır kəndində yaşayan, 2006-cı il təvəllüdlü Bayramov Həşim Bayram oğlu, yaşadığı ərazidə sahibsiz itin hücumuna məruz qalıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, küçədə sahibsiz it Həşim Bayramova hücum edərək onun sağ və sol ayağını dişləyib.

Bayramov Həşim yaşadığı ərazidəki sahibsiz itlərin hücumuna məruz qalıb
© Sputnik / Shahperi Abbasova
Bayramov Həşim yaşadığı ərazidəki sahibsiz itlərin hücumuna məruz qalıb

Xəstə, lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Xəstənin valideyni Bayram Bayramov bu tipli hadisələrin tez-tez baş verdiyini deyib: "Sahibsiz itlərin əlindən bilmirik uşaqlarımızı necə qoruyaq. Yaxşı olar ki, aidiyyəti qurumlar buna bir əncam çəksinlər".

Əlaqədar

Sumqayıtda dəhşət: it 5 yaşlı uşağı öldürdü
İt demə, o, dəxi bizim birimiz...
Azərbaycanda narkotrafikin qarşısını bu it aldı
Bir sürü it qıza hücum etdi: prokurorluq istintaqa başladı
Teqlər:
Bayramov Həşim Bayram oğlu, Qımır kəndi, sahibsiz itlər, Zaqatala rayonu

Əsas mövzular