Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda müəmmalı güllələnmə olayı

© pixabay / ulfake76Охотничья винтовка типа "Винчестер", архивное фото
Охотничья винтовка типа Винчестер, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Şəkidə 31 yaşlı kişi naməlum şəxs tərəfindən güllələnib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 avqust — Sputnik. Avqustun 21-i gecə saaatlarında Şəki rayonunun Baş Kəldək kənd sakini Səməd İsrail oğlu Əsgərov, bədənin müxtəlif nahiyələrində çoxsaylı qırma yaraları ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına daxil olub.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, S. Əsgərov ilkin ifadəsində bildirib ki, yaşadığı kəndin inzibati ərazisinin yaxınlığındakı meşə zolağında odun hazırlayan zaman naməlum şəxs tərəfindən ona ov tüfəngindən atəş açılıb. Kənd sakini, heç kəslə hər hansı bir münaqişəsinin olmadığını dilə gətirib.

Hazırda S. Əsgərovun vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Şəki Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumata əsasən, hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti
0