Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanın tanınmış sehrbazı faciəvi şəkildə həlak oldu

CC0 / blickpixel / Car crushSınmış avtomobil şüşəsi, arxiv şəkli
Sınmış avtomobil şüşəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda faktla bağlı araşdırma aparılır

BAKI, 21 avgust — Sputnik. İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Muğanlı-İsmayıllı yolunun Talıstan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

FHN-nin yanğından mühafizə hissəsinin avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə təcili məlumat daxil olub

Yolda hərəkətdə olan "VAZ 2106" markalı minik avtomobilinin şini partlayıb və sürücü təkəri dəyişmək üçün yoldan keçən "VAZ 2107" markalı minik avtomobilini saxlayaraq onun sürücüsündən kömək istəyib.

Sputnik Azərbaycan-ın xeberle.com-a istinadən verdiyi məlumata görə, "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü, Sumqayıt şəhəri, Corat qəsəbə sakini Mustafayev Xalid Rauf oğlu sürücü yoldaşına kömək məqsədilə avtomobildən yerə düşərkən ehtiyatsızlıq edib və yolda hərəkətdə olan "Ford" markalı yük avtomobili onu vurub.

Xalid Mustafayev ağır kəllə beyin travması və bədənin müxtəlif nahiyələrinin sınıq və əziyi diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Xalid Mustafayev Sumqayıtda sehrbaz, illuziyaçı kimi tanınırdı. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0