Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə təcili məlumat daxil olub

© Sputnik / Irade JELILFHN-nin yanğından mühafizə hissəsinin avtomobili, arxiv şəkli
FHN-nin yanğından mühafizə hissəsinin avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunublar

BAKI, 21 avgust — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Qazax magistral avtomobil yolunun 435–ci km-də Tovuz rayonu ərazisində "Mercedes" markalı minik avtomobili ilə "MAN" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1958-ci il təvəllüdlü Kərimov Rafiq Baratəli oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti
0