Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qaxda ağlasığmaz intihar

© Sputnik / Murad OrujovСуицид, постановочное фото
Суицид, постановочное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Arvadı ilə dalaşan iki uşaq atası özünü asıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 avqust — Sputnik. Qax rayonunda növbəti intihar hadisəsi qeydə alınıb. Ötən gecə Əmbərçay kənd sakini, 28 yaşlı Elman Elşad oğlu Camalovun meyiti yaşadı evin həyətyanı sahəsindəki yardımçı tikilidən tapılıb. O, tikilidən asılı vəziyyətdə aşkarlanıb.

Kənd sakinləri Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildiriblər ki, mərhum ötən gecə Bakıdan kəndə gəlib. Xəbərsiz gəldiyinə görə, onunla həyat yoldaşı arasında münaqişə baş verib. Həyat yoldaşı ilə mübahisə edəndən sonra Camalov həyətə çıxıb və geri qayıtmayıb. Bir müddətdən sonra onu axtarmağa çıxan ailə üzvləri, həyətdəki yardımçı tikilidə onun cansız bədəni ilə rastlaşıblar.

Camalovun ailə üzvləri intihara təhrik etdiyinə görə, onun həyat yoldaşını kənddən qovublar. Mərhum bu gün günorta saatlarında dəfn olunub.

Faktla bağlı Qax rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Xəbər lenti
0