Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İnterpolun axtardığı şəxs Bakıya ekstradisiya olundu

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidİstintaq təcridxanası, arxiv şəkli
İstintaq təcridxanası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Haqqında beynəlxalq axtarış elan edilmiş Azərbaycan vətəndaşı Moskvada saxlanılıb

BAKI, 17 avqust — Sputnik. Xüsusi böyük məbləğdə törədilmiş fırıldaqçılıqla bağlı İnterpol xətti ilə haqqında beynəlxalq axtarış elan edilmiş Azərbaycan vətəndaşı Moskvada saxlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a Bakının Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

© EKRAN ŞƏKLİRəvan Əliyevin İnterpolun saytındakı anketi
Rəvan Əliyevin İnterpolun saytındakı anketi - Sputnik Azərbaycan
Rəvan Əliyevin İnterpolun saytındakı anketi

Avqustun 16-da 1977-ci il təvəllüdlü Rəvan Əliyev Bakıya ekstradisiya edilib və o, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı istintaq təcridxanasındadır.

Əliyev AR Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə məsuliyyətə cəlb edilib. Cinayət işinin materiallarına görə, sözügedən şəxs aldatma yolu ilə 400 min manat ələ keçirib.

O, öz növbəsində günahlandırılan şəxsin 2011-ci ildə tanış olduğu Bakı şəhər sakini Faiq Məmmədovu aldatdığı məlumdur. Əliyev Bakcell şirkətinin abonentləri üçün nömrələrin topdan satışını həyata keçirirmiş. O, Məmmədova onun biznesinə pul qoymağı təklif edib və qazancı yarı bölməyə söz verib. 2013-cü ilin yayında Əliyev Məmmədova kreditə görə girov olaraq Accessbank-a onda olan iki mənzili qoymağı təklif edib. Mənzillər Məmmədovun özünə və atasına məxsus imiş. Əliyev biznesi genişləndirmək üçün böyük məbləğdə pula ehtiyacı olduğunu deyib və bankla özü hesablaşacağına söz verib.

Bir aydan sonra Əliyev borcun bir hissəsini banka qaytarıb və evlərdən birini girovluqdan azad etmək mümkün olub. Lakin bunun ardınca mənzil yenidən Əliyevin təkidi ilə kredit üçün girov qoyulub. Tezliklə Əliyev aldatdığı Məmmədovun pulları ilə birlikdə yoxa çıxıb. Onun aldatdığı daha bir şəxs — Elşən Malıyev barədə də istintaqda məlumat var. Əliyev onu da eyni sxemlə aldadıb.

Fakt üzrə araşdırma davam edir.

Xəbər lenti
0