04:14 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
62610

18 il əvvəl - 17 avqust 1999-cu ildə Türkiyənin İzmit şəhərində baş verən zəlzələ 7,6 bal gücündə olmuşdu

BAKI, 17 avqust — Sputnik. Türkiyənin Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun direktoru professor Haluk Özener qorxunc proqnozla çıxış edib. Bu barədə Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən məlumat verir.

Professorun sözlərinə görə, Türkiyənin qərbində şiddətli zəlzələ olacaq. İnstitutun apardığı araşdırmalar yaxın vaxtlarda Mərmərə bölgəsində 7 baldan güclü zəlzələ olacağını göstərir. Professor gün baxımından zəlzələnin dəqiq tarixinin hələ müəyyən olunmadığını, lakin yeraltı təkanların mütləq olacağını bəyan edib.

Qeyd edək ki, Mərmərə bölgəsinə İstanbul şəhəri də daxildir. Bu ərazidə 30 milyondan artıq insan yaşayır.

Xatırladaq ki, 18 il əvvəl — 17 avqust 1999-cu ildə Türkiyənin İzmit şəhərində baş verən zəlzələ 7,6 bal gücündə olmuşdu. Rəsmi məlumatlara görə, hadisə nəticəsində 17 217 adam ölüb, 43 959 nəfər yaralanıb, 500 min nəfər isə evsiz-eşiksiz qalıb. Amma əksər mənbələr zəlzələ nəticəsində azı 40 min nəfərin dünyasını dəyişdiyi və bir o qədərinin də yaralandığı qənaətindədir. Zəlzələ nəticəsində Türkiyəyə 25 milyard dollar zərər dəyib.

Teqlər:
təbii fəlakət, zəlzələ, Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu, professor Haluk Özener, Türkiyə

Əsas mövzular