09:17 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8796
Mercedes Benz-Gelandewagen avtomobilinin interyeri

Baş nazirin müavininin nəvəsinin "Gelandewagen"i barədə ilginc iddia

© CC BY-SA 4.0 / CEFICEFI / Mercedes-Benz G-Class
HADİSƏ
Qısa URL
Bakıda dəhşətli "Gelandewagen" qəzası (10)
416510

Nübar Həsənalıyeva: Bizi sexdə yaşamağa məcbur etdilər, bizə ayrılan pullara nəvələrinə Gelandewagen aldılar.

BAKI, 15 avgust — Sputnik. Baş nazirin birinci müavini, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin "Mercedes Gelandewagen"" markalı avtomobili ilə törətdiyi dəhşətli qəza məcburi köçkünləri də özündən çıxarıb.

Sumqayıtın Tuk zavodunun ərazisində məskunlaşan 17 məcburi köçkün ailəsi ağır şərtlər altında yaşamalarına görə, məhz Əli Həsənovu günahlandırıblar.

Sputnik Azərbaycan-ın məlumatına görə, gununsesi.info-ya danışan məcburi köçkünlər bildiriblər ki, illərdir ağır metal istehsal edən zavodun sexlərində, kanalizasiya suyunun içində yaşadıqlarından, uşaqları onkoloji xəstəliklərdən əziyyət çəkirlər.

"Uşaqlarımız burada xəstə doğulur. Əksəriyyət də onkoloji xəstədir. Yəni, bu sexlərdə məskunlaşanlardan dünyasını dəyişənlərin ölüm haqqında şəhadətnamələrində ölüm səbəbi kimi onkoloji problem yazılır. Hazırda burada yaşayan 17 ailənin hər birinin ailəsində onkoloji xəstəlikdən əziyyət çəkənlər var. Dəfələrlə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun qəbuluna düşmək üçün müraciət etmişik. Lakin heç birində bizi Ə.Həsənov qəbul edib, dinləməyib" — deyə Cəbrayıl rayonunun Çullu kəndindən məcburi köçkün Nübar Həsənalıyeva bildirib. O, qeyd edib ki, burada məskunlaşan ailələr dəfələrlə səlahiyyətli şəxslərə məktublar ünvalasalar da, onların qəbuluna gedərək buradan köçürülmələrini rica etsələr də, heç bir nəticəsi olmayıb.

Məcburi köçkünlər onların həyat şəraitinin yaxşılaşdırılmasına dövlət büdcəsindən ayrılan vəsaitlərin Əli Həsənov tərəfindən mənimsənildiyi qənaətindədirlər. Onların fikrincə, avqustun 3-də Əli Həsənovun nəvəsinin Heydər Əliyev prospektində iki nəfərin ölümü və ili nəfərin ağır yaralanması ilə nəticələnən qəzanı törətdiyi "Mercedes Gelandewagen" markalı maşın da məcburi köçkünlərə çatacaq vəsaitlər hesabına əldə edilib.

"Çörək pulu ilə 2000 AZN-ni (N.Həsənalıyeva iddia edir ki, məcburi köçkünlər üçün tikilən binada mənzillə təmin olunmaq üçün ondan 2000 AZN pul istəyiblər-red.) necə yığım ki, mənə də ev versinlər? Əli Həsənov nəvəsinə ötüşmək üçün "Gelandewagen" ala bilir, maşın kolleksiyası toplayır, amma qaçqının problemini həll edə bilmir?! Hamını qıran-çatan nəvəsinə pul tapır, amma məni köçürməyə pul tapmadı?! O maşınlara verdiyi pula 100-lərlə qaçqına normal mənzil şəraiti yaratmaq olar. Əli müəllimdə bu qədər pul haradandır?!" — deyə N.Həsənalıyeva bildirib.

Mövzu:
Bakıda dəhşətli "Gelandewagen" qəzası (10)

Əlaqədar

Aeroport yolunda daha bir “Gelandewagen” olayı
"Gelandewagen" qəzasında yaralananlarla bağlı üzücü xəbər
"Gelandewagen" qəzasında yaralanan Türkiyə vətəndaşları haqda yeni məlumat
"Gelandewagen" olayında adı hallanan deputatdan etiraf: "...mənim də payım var"
"Gelandawagen" qəzasında yeni gəlişmə: o adam...
Teqlər:
məcburi köçkünlər, qəza, Mercedes Gelandewagen, Nail Allahverdiyev, Əli Həsənov, Azərbaycan, Bakı

Əsas mövzular