Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəkidə avtomobil dərəyə yuvarlanıb

© Sputnik / Irade CELILŞəki rayon Mərkəzi Xəstəxanası
Şəki rayon Mərkəzi Xəstəxanası - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə zamanı bir ailənin 3 üzvü xəsarət alıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 15 avqust — Sputnik. Şəkidən Qaxa doğru hərəkət edən 90 DH 600 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirib və yol kənarında olan dərəyə yuvarlanıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə zamanı bir ailənin 3 üzvü, Bərdə rayon sakinləri 51 yaşlı Nərimanova Kəmalə, 65 yaşlı Nərimanov Yusif və 7 yaşlı Nərimanbəyli Nərmin xəsarət alıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, avtomobil qəzasından 7 yaşlı Nərmin və 65 yaşlı Yusif canını cüzi xəsarətlərlə qurtarsa da, 51 yaşlı Kəmalə Nərimanovanın vəziyyəti ağırdır. Qəza zamanı xəsarət alan qadın hazırda reanimasiyadadır. İlkin ehtimala görə hadisə sürət həddini aşma səbəbindən baş verib.

Faktla bağlı Şəki Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0