Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dünya şöhrətli azərbaycanlı alimin vəfatı barədə xəbər yayıldı

© Photo : Facebook / norman.zada.1Çevik hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru Lütfi Zadə
Çevik hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru Lütfi Zadə - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfəli Rəhim oğlu Əsgərzadə 4 fevral 1921-ci ildə Bakıda anadan olub

BAKI, 13 avqust — Sputnik. ABŞ-da yaşayan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin şənbə günü vəfat etdiyi barədə məlumat yayılıb.

Bu barədə Trend agentliyi xəbər verib.

Azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfəli Rəhim oğlu Əsgərzadə 4 fevral 1921-ci ildə Bakıda anadan olub.

Lütfi Zadə ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Məşhur riyaziyyatçı 1946-ci ildən ABŞ-da Massaçusets texnologiya institutunu bitirib, 1949-cu ildə Nyu-Yorkun Kolumbiya universitetində elmlər doktoru alimlik dərəcəsini alıb.

Lütfi Zadə dünya şöhrətini 51 il əvvəl süni intelellekt sahəsində qeyri-səlis məntiqi (fuzzy logic) nəzəriyyəsini hazırlayaraq qazanıb.

Qeyd edək ki, bundan öncə Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin səhhətinin pisləşməsi barəsində bəzi KİV-lərdə məlumatlar yayılmışdı.

Xəbər lenti
0