Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ölkə çempionu öldürülüb

qarışıq döyüş növləri üzrə Ukrayna çempionu Svyatoslav Pilipenko
qarışıq döyüş növləri üzrə Ukrayna çempionu Svyatoslav Pilipenko - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar hansısa səbbədən çimərlikdə olan kafenin sahibi 45 yaşlı Aleksandr Marçenko ilə mübahisə ediblər

BAKI, 12 avqust — Sputnik. Avqustun 10-da Poltava şəhərində qarışıq döyüş növləri üzrə Ukrayna çempionu Svyatoslav Pilipenko öldürülüb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbəbr verir ki, hadisə 20 yaşlı idmançının həmkarları ilə getdiyi çimərlikdə baş verib. Çimərlikdə gənclər ad günü qeyd edirmiş. Daha sonra onlar hansısa səbbədən çimərlikdə olan kafenin sahibi 45 yaşlı Aleksandr Marçenko ilə mübahisə ediblər.

Mübahisə zamanı sahibkar gənclərə "Sayqa" ov tüfəngini göstərib və hədələyib. Qarşılığında idmançılar sahibkara hücum ediblər. İdmançı gənclər hücum zamanı dəyənək və tarvmatik silahdan istifadə ediblər. Davanın gedişində sahibkarın 21 yaşlı oğlu Roman Marçenko silahdan idmançılara atəş açıb. Güllə Svyatoslav Pilipenkoya dəyib. Polis hadisə yerinə çatanda idmançı artıq ölübmüş. Hadisə zamanı biri 7 yaşlı uşaq olmaqla 4 nəfər xəsarət alıb. Hadisə üzrə Cinayət Məcəlləsinin 2 maddəsilə cinayət işi açılıb.

Xəbər lenti
0