15:41 17 Dekabr 2017
Canlı yayım
The flag of the radical Islamist organization Islamic State of Iraq

Daha bir terror: 25 nəfər öldü

© Sputnik / Andrey Stenin
HADİSƏ
Qısa URL
77 0 0

Hücumu hələ ki, heç bir terror təşkilatı boynuna götürməyib

BAKI, 12 avqust — Sputnik. Suriyanın cənubunda Deraa vilayətində hərbiçilərin təlim düşərgəsinə intihar hücumu olub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücum zamanı 25 nəfər hərbçi ölüb və 40 nəfər yaralanıb. Dünən gecə baş verərən hücumun İŞİD silahlıları tərəfindən törədildiyi ehtimal edilir. Deraa vilayətinin Nəsib bölgəsinin fəallarından olan Əbül Müsənna Əl-Xalidinin verdiyi açıqlamaya görə, hücum hərbçilərin yataqxanasında baş verib: "Hərbi yataqxanada baş verən hücum zaman 40-dan çox əsgər yaralanıb və 25 nəfər ölüb. Ölənlərin sayının artacağı istisna edilmir. Hücumun İŞİD tərəfindən törədildiyi qənaətindəyik".

Əl-Xalidi həmçinin bildirib ki, hücum hərbçilərin gündəlik təlimlərindən sonra baş verib. Onun sözlərinə görə, hərbi düşərgəyə sadəcə təlim alanlar girə bilir. Terrorçu böyük ehtimalla qarşıdakı təpələrdən keçərək yataqxanaya girə bilib.

Deraanın təhlükəsizlik səlahiyyətlisi Amer Əbu Zeydin sözlərinə görə, hadisə yerinə gələn təhlükəsizlik əməkdaşları 40 nəfər yaralını xəstəxanalara çatdırıb.

Qeyd edək ki, hücumu hələ ki, heç bir terror təşkilatı boynuna götürməyib.

 

Əsas mövzular