08:48 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
59 0 0

Hadisə rayonun Qızıl Hacılı kənd ərazisində baş verib

BAKI, 11 avqust — Sputnik. Goranboyda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Qızıl Hacılı kənd ərazisində baş verib. 

Məlumata görə, kənd ərazisində "10-LL-351" və "60-BO-801" dövlət seriya nişanlı iki "VAZ-2107" markalı avtomobil toqquşub. Hadisə zamanı onlardan biri idarəetmədən çıxaraq yol kənarında olan piyada, 1960-cı il təvəllüdlü Afərin Xəlil qızı Həsənovanı vurub. Nəticədə o, ağır xəsarət alıb. A.Həsənova xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular