Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gənc qadının intihara cəhdinin qarşısı alındı

© pixabay / rebcenter-moscowİntihar etməyə hazırlaşan yeniyetmə, arxiv şəkli
İntihar etməyə hazırlaşan yeniyetmə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mingəçevirdə gənc qadının intihara cəhdinin qarşısı alınıb

BAKI, 9 avqust — Sputnik. Mingəçevirdə intihara cəhd hadisəsi baş verib.

”Report” xəbər verir ki, hadisə Kür çayının şəhərdən keçən hissəsindəki körpüdə qeydə alınıb.

Belə ki, adı hələlik dəqiqləşdirilməmiş 25-27 yaşlarında olan gənc qadın özünü Kür çayı üzərindəki körpüdən suya ataraq intihar etmək istəyib. Lakin yaxınlıqda olan şəxs son anda özünü yetirərək onun suya atılmasına imkan verməyib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qadının intihara cəhdinin səbəbləri araşdırılır.

Xəbər lenti
0