Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daha bir dəhşətli yanğın xəbəri gəldi

© Sputnik / Leyla AbdullayevaYanğın, arxiv şəkli
Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğın baş verən ərazi yüksək dağlıq məkanda yerləşdiyi üçün onu əl əməyindən istifadə edərək söndürməyə çalışırlar

BAKI, 7 avqust — Sputnik. Hirkan Milli Parkında yanğın başlayıb.

"Report"un verdiyi məlumata görə, hadisə parkın Lənkəran rayonunun Biləsər kəndinə yaxın yüksək dağlıq ərazidə yerləşən hissəsində baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Report"a bildirib ki, avqustun 7-də saat 13:00 radələrində Hirkan Milli Parkında yanğın başlayıb: "Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerindədir. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə də məlumat verilib. Hadisə baş verən ərazi yüksək dağlıq məkanda yerləşdiyi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əl əməyindən istifadə edərək yanğını söndürməyə çalışırlar".

Xəbər lenti
0