Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bir gecənin faciəsi: 2 obyekt, 60 minlik mal

© Sputnik / Irade JELILSabunçu bazarında yanğının nəticəsi
Sabunçu bazarında yanğının nəticəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Satıcılar bildirdilər ki, gözəllik salonunu işlədən xanımın hələ yanğından xəbəri yoxdur. Amma salona da böyük zərər dəyib, salondan da heç nə çıxarmaq mümkün olmayıb

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Ötən gün axşam 23 radələrində Bakı şəhəri Sabunçu rayonunda yerləşən "Sabunçu bazarında" yanğın hadisəsi baş verib. İlkin məlumata görə, bazardakı bir neçə obyekt yanıb, sahibkarlara külli miqdarda zərər dəyib.

Bu gün Sputnik Azərbaycanın əməkdaşı bazarda olub.

Öncə qeyd edək ki, əvvəlcə mətbuatda 4 kafe, iki mağazanın yandığı bildirilirdi. Amma orada olanda gördük ki, cəmi 2 obyekt yanıb. Yanan obyektlər qab-qacaq mağazası və onun arxa hissəsində yerləşən gözəllik salonudur.

Lənkəranda yanğın olub - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda bazar yandı

Bazardakı satıcıların sözlərinə görə, hadisə dünən axşam saatlarında qeydə alınıb. Satıcı Rafiq İsmayılov deyir ki, axşam saat 23.00-də yanğın başlayıb: "Həmin vaxt bazarda mühafizəçilər və tək-tək satıcılar olur. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinə xəbərdarlıq edilib, yanğın çox tez bir zamanda söndürülüb. Elə buna görə də, yanğın başqa obyektlərə keçməyib". 

Yanan obyektlərin sahibləri bazarda olmadıqlarına görə, yanan obyektlərə yaxın olan mağazaların satıcıları ilə danışdıq.

Satıcıların sözlərinə görə, ərazidə mağazaların çoxu tez yanan plastik materialdandır. Buna görə də, yanğın yayılsaydı, çətin ki, sahibkarlar öz mallarını qurtara bilərdilər. Rafiq İsmayılov bildirir ki, mağazaların çoxunun qapıları, divarları, içəridə dam örtüyü plastik materialdandır: “Yəni, kiçik bir qığılcım bəs edər ki, bütün bazar alışıb yansın. Yanğınsöndürənlər 10 dəqiqə gec gəlsəydilər, bəlkə daha çox mağaza yana bilərdi”.

© Sputnik / Irade JELIL"Sabunçu bazarı" yanğından sonra
Sabunçu bazarı yanğından sonra - Sputnik Azərbaycan
1/4
"Sabunçu bazarı" yanğından sonra
© Sputnik / Irade JELIL"Sabunçu bazarı" yanğından sonra
Sabunçu bazarı yanğından sonra - Sputnik Azərbaycan
2/4
"Sabunçu bazarı" yanğından sonra
© Sputnik / Irade JELIL"Sabunçu bazarı" yanğından sonra
Sabunçu bazarı yanğından sonra - Sputnik Azərbaycan
3/4
"Sabunçu bazarı" yanğından sonra
© Sputnik / Irade JELIL"Sabunçu bazarı" yanğından sonra
Sabunçu bazarı yanğından sonra - Sputnik Azərbaycan
4/4
"Sabunçu bazarı" yanğından sonra
1/4
"Sabunçu bazarı" yanğından sonra
2/4
"Sabunçu bazarı" yanğından sonra
3/4
"Sabunçu bazarı" yanğından sonra
4/4
"Sabunçu bazarı" yanğından sonra

R. İsmayılov həmçinin qeyd etdi ki, dünən axşam mağazası yanmış sahibkara mağazaya girməyə icazə verilməyib. Çünki yanğın zamanı elektrik xətləri də zərər gördüyü üçün bazar qaranlıq olub: "İcazə vermədilər mağazaya baxsın. Çünki orda başqa nəsə yanan, partlayan material ola bilərdi. Dedilər, səhər gələrsən, baxarsan. Haradasa mağaza sahibinə 60 min manatlıq zərər dəyib. Mağaza malla dolu idi. Heç çöp də çıxarmaq mümkün olmayıb. Deyirlər qısaqapanmadır. Amma bu qısaqapanma hansı obyektdə olub, bilinmir. Yəni, birinci gözəllik salonu, yoxsa mağaza yanıb, heç kim bilmir".

Biz orada olanda, gözəllik salonunu işlədən xanımın yanğından hələ də xəbəri yox idi. Amma salona da böyük zərər dəyib, oradan da heç nə çıxarmaq mümkün olmayıb. 

Sumqayıt Dövlət Universitetinin yataqxanası baş vermiş yanğından sonra - Sputnik Azərbaycan
HADİSƏ
Yataqxanadakı yanğından ziyan görənlərin bir problemi həll olundu: rəsmi

Qeyd edək ki, hazırda yanan mağazaların ətrafı təmizlənir. Daha sonra vətəndaşlara dəyən zərərin konkret miqdarı hesablanacaq.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ötən gün gecə Bakı şəhəri, Sabunçu rayonunda sabunçu bazarının ərazisində vətəndaşa məxsus ümumi sahəsi 65 m2 olan mağazanın yanar konstruksiyaları, vətəndaşa məxsus ümumi sahəsi 12 m2 olan gözəllik salonu və bitişik mağazaların dam örtükləri 60 m2 sahədə yanıb. Yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb, bitişik digər mağazalar yanğından mühafizə olunub. Yanğın saat 23:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti
0