Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yanan yataqxananın sakinləri: qorxuruq...

© Sputnik / Murad OrujovSumqayıt Dövlət Universitetinin yataqxanası baş vermiş yanğından sonra
Sumqayıt Dövlət Universitetinin yataqxanası baş vermiş yanğından sonra - Sputnik Azərbaycan
Abunə olmaq
Yanan yataqxananın sakinləri etiraz edirlər: məsələyə polis müdaxilə edir

BAKI, 6 avqust — Sputnik. Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Sumqayıt Dövlət Universitetinin yataqxanasında yanğın baş verib. 

Yanğın yataqxananın 3-cü mərtəbəsində olub. Nəticədə dəhlizdə 100 m² sahədə taxta konstruksiyalardan quraşdırılmış rəflər, əşyalar və 15 otağın giriş qapıları yanıb. 

Bu gün Sputnik Azərbaycan-ın əməkdaşı hadisə yerində olub və binanın sakinləri ilə görüşüb. 

Bakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb - Sputnik Azərbaycan
CƏMİYYƏT
FHN Sumqayıtda yataqxanada yanğın barədə rəsmi məlumat yaydı

Yataqxana sakini Əminə Cavadova deyib ki, 24 ildir yataqxanada yaşayır. Bu müddət ərzində iki dəfə yataqxanada yanğın hadisəsi baş verib: "Axşam idi, qışqırıq səsi eşitdik. Bir də gördük ki, alov hər yeri bürüyüb. Necə çıxdıq, kim çıxardı bilmədik. Deyilənə görə, bizim mərtəbə olan şit alışıb. Bilmirəm evimdə nə qalıb, nə yanıb. Dünəndən "Qaçqınkom"dan gəlib maraqlanan olmayıb ki, bəs ölmüşük, ya sağıq. Dünən axşamdan küçədəyik”. 

Digər sakin Qasımova Gülnarın sözlərinə görə, yataqxanada yanğın elektrik naqillərində baş vermiş qısa qapanmadan əmələ gəlib.

© Sputnik / Murad OrujovSumqayıt Dövlət Universitetinin yataqxanası baş vermiş yanğından sonra
Sumqayıt Dövlət Universitetinin yataqxanası baş vermiş yanğından sonra - Sputnik Azərbaycan
1/16
Sumqayıt Dövlət Universitetinin yataqxanası baş vermiş yanğından sonra

2/16

3/16

4/16

5/16

6/16

7/16

8/16

9/16

10/16

11/16

12/16

© Sputnik / Murad OrujovBaş vermiş yanğından sonrakı mənzərə
Baş vermiş yanğından sonrakı mənzərə - Sputnik Azərbaycan
13/16
Baş vermiş yanğından sonrakı mənzərə

14/16

15/16

16/16
Baş vermiş yanğından sonrakı mənzərə
1/16
Sumqayıt Dövlət Universitetinin yataqxanası baş vermiş yanğından sonra
2/16
Sumqayıt Dövlət Universitetinin yataqxanası baş vermiş yanğından sonra
3/16
Sumqayıt Dövlət Universitetinin yataqxanası baş vermiş yanğından sonra
4/16
Sumqayıt Dövlət Universitetinin yataqxanası baş vermiş yanğından sonra
5/16
Sumqayıt Dövlət Universitetinin yataqxanası baş vermiş yanğından sonra
6/16
Sumqayıt Dövlət Universitetinin yataqxanası baş vermiş yanğından sonra
7/16
Sumqayıt Dövlət Universitetinin yataqxanası baş vermiş yanğından sonra
8/16
Sumqayıt Dövlət Universitetinin yataqxanası baş vermiş yanğından sonra
9/16
Sumqayıt Dövlət Universitetinin yataqxanası baş vermiş yanğından sonra
10/16
Sumqayıt Dövlət Universitetinin yataqxanası baş vermiş yanğından sonra
11/16
Sumqayıt Dövlət Universitetinin yataqxanası baş vermiş yanğından sonra
12/16
Sumqayıt Dövlət Universitetinin yataqxanası baş vermiş yanğından sonra
13/16
Baş vermiş yanğından sonrakı mənzərə
14/16
Baş vermiş yanğından sonrakı mənzərə
15/16
Baş vermiş yanğından sonrakı mənzərə
16/16
Baş vermiş yanğından sonrakı mənzərə

"25 ildir burada yaşayırıq. Ailədə beş nəfərik. Gecədən qalmışıq küçələrdə. İçəri də buraxmırlar, bilmirik  nə yanıb, nə qalıb. İnanın, yataqxana 3 dəfə yanıb, 3 dəfə bu yataqxanaya su vurub söndürüblər. İndi düşünün içəridə vəziyyət necədir. İndi 3 mərtəbəni təmizləyirlər, yeni elektrik qalxanı qoyurlar. Buraxmırlar içəri. Biz artıq bu yataqxanada qalmaqdan qorxuruq" — deyə Qasımova bildirib. 

Hazırda yataqxana sakinləri yataqxananın qarşısında aksiya keçirir, yataqxanaya daxil olmağa çalışır. 

Взрыв на территории общежития в восьмом микрорайоне Сумгайыта - Sputnik Azərbaycan
Sumqayıtda yataqxanada partlayış: ölən və yaralananlar var

Ərazidə olan Sumqayıt Şəhər Polis İdarəsinin 1 saylı Pois bölməsinin əməkdaşları aksiyaya müdaxilə edirək camaatı sakitləşdirməyə çalışır.  

Sakinlər "yataqxananın elə sakinlərin özləri tərəfindən yandırıldığı" barədə iddianı qətiyyətlə rədd ediblər. 

"Kim öz qaldığı evi yandırıb, küçədə qalmaq istəyər ki? Vallah biz yandırmamışıq. Gah deyirlər, özünüz yandırmısınız, gah deyirlər qısa qapanmadan olub. Hər nədirsə, ortada qalan bizik. Xahiş edirik ki, dövlət bizim vəziyyətimizə nəzarət etsin" — deyə sakinlərdən biri bildirib.

Sumqayıt Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hadisənin vaxtında qarşısı alınmasaydı, daha ağır fəsadları ola bilərdi: 

"Hazırda içəridə təmzlənmə işləri gedir. "Şit"in, elektrik xətlərinin üzəri açıqdı, onlar təmir edilməlidir ki, başqa fəsad baş verməsin. Yataqxanada 114 ailə yaşayır, onlardan 8 ailə yerli camaatdır. Hadisə 3-cü mərtəbədə şitdə qısaqapanma nəticəsində baş verib. Dərhal müdaxilə edilib, 4-5-ci mərtəbələrdəki sakinlər təxliyə edilib. Dərhal müdaxilə edildiyi üçün yanğın böyüməyib, sadəcə tüstülənmə baş verib”. 

Въезд в город Сумгайыт. Архивное фото - Sputnik Azərbaycan
HADİSƏ
Universitetin yanğın baş verən yataqxanasında tələbələr...

Eyvaz Qocayevin sözlərinə görə, ilkin olaraq 10 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Bildirdiyinə görə, zəhərlənənlər arasında polis və FHN əməkdaşları var: "Bəzi KİV-də yazıldığı kimi, böyük partlayış baş verməyib, ölüm halı qeydə alınmayıb. Yataqxana təcili təmir edilərək sakinlərə təhvil veriləcək. Yanğına səbəb qısa qapanmadır”.

Qocayev bildirir ki, hadisə zamanı polis əməkdaşları sakinlərin təxliyə edilməsi üçün əlindən gələni edib. Yataqxana bir girişlidir. Bəziləri tavandan düşərək, sakinlərin köməyinə çatıb: “Burada yataq xəstəsi olan uşaq var. Onu böyük çətinliklə çıxarıblar”. 

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Stansiyasından verilən məlumata görə, dünən axşam saatlarında tüstüdən zəhərlənmə halı ilə 18 nəfər xəstəxanaya müraciət edib. Növbətçi həkim Sputnik Azərbaycan-ın müxbirinə bildirib ki, xəsarət alanlardan 6-sı polis işçisi, 2-si Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, 10 nəfər isə bina sakini olub. 

"Xəstəxanaya gətirilənlər tüstüdən zəhərlənmişdi. Onlardan 16 nəfəri ambulator müalicə alıb, evə yola salınıb. İki nəfərin — yaşlı qadın və yataq xəstəsi olan bir uşağın vəziyyəti daha ağır idi. Buna görə də onlar səhər xəstəxanadan buraxılıb" — deyə həkim bildirib.

Xəbər lenti
0