Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bu ölkədə milli zəmində iki yüzdən artıq insan qətlə yetirildi

Abunə olmaq
BMT: Konqo Demokratik Respublikasında 251 nəfər etnik zəmində qətlə yetirilib

BAKI, 4 avqust — Sputnik. Konqo Demokratik Respublikasının (KDR) mərkəzi hissəsində təhlükəsizlik qüvvələrinin və yerli hakimiyyət orqanlarının da cəlb olunduğu məqsədyönlü hücumlar nəticəsində 250-dən çox insan, o cümlədən yaşı 8-dən az olan 30 uşaq qətlə yetirilib.

"Report" xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarının İdarəsi bildirib.

İdarə tərəfindən hazırlanmış məruzəyə əsasən, KDR-da BMT-nin müstəntiqləri tərəfindən toplanmış informasiyada bildirilir ki, Kasaidə edilmiş pozuntulardan və təhqirlərdən bəziləri beynəlxalq hüquqa uyğun olaraq cinayət hesab edilə bilər.

"BMT komandası təsdiq edib ki, martın 12-dən iyunun 19-dək 251 insan məhkəmədən kənar və məqsədyönlü qətllərin qurbanı olub. Bu sırada uşaqlar da var, onların 30-nun yaşı səkkizdən azdır. Müstəntiqlər tərəfindən ifadəsi alınmış insanlar qeyd ediblər ki, təhlükəsiz qüvvələri və başqa rəsmi şəxslər fəal şəkildə təhrikçiliklə məşğul olublar və vaxtaşırı etnik zəmində həyata keçirilmiş hücumları əlaqələndiriblər. BMT-nin missiyası Kasaidə azı 80 kütləvi məzar aşkar edib", — deyə BMT-nin İnsan Haqları üzrə Ali Komissarının İdarəsindən bildirilib.

İdarənin məlumatına görə, ən qəddar divantutmalardan biri Sink kəndində olub. Burada zorakılıqlardan qaçıb xəstəxanada gizlənmiş 90-a yaxın insan yandırılıb. 

Xəbər lenti
0