01:21 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
HADİSƏ
Qısa URL
Bakıda dəhşətli "Gelandewagen" qəzası (10)
4325 0 0

Hadisənin hansı səbəbdən baş verdiyi və avtomobildə kimlərin olduğu məlum olub

BAKI, 4 avqust — Sputnik. Ötən gün Bakının Nərimanov rayonu ərazisində, Heydər Əliyev prospektində baş verən avtoqəzada iki nəfər ölüb, iki nəfər isə ağır yaralanıb. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

"Mercedes Gelandewagen" markalı avtomobil piyadanı vuraraq maneəyə çırpılıb. Nəticədə maşın yanıb.

Ölənlər "Mercedes Gelandewagen" markalı avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü Mehdi Əliyev və piyada, 1943-cü il təvəllüdlü Vaqif Əsədov olub. Hadisə zamanı yaralananlar Türkiyə vətəndaşları Mütəllib Tekiş və Songül Tekişdir. Onlar xəstəxanadadırlar.

İlkin məlumatlara görə, avtomobilin sahibi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənovun nəvəsidir. Yol-nəqliyyat hadisəsi baş verən zaman sükan arxasında ailənin sürücüsü olub. Faktla bağlı AR Cinayət Məcəlləsinin 263.3 maddəsi (ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydasının pozulması) ilə cinayət işi qaldırılıb.

Bu arada, sözügedən yol-nəqliyyat hadisəsinin səbəbləri məlum olub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yanında "Mercedes Gelandewagen"-in sürücüsü qarşıdakı maşına dəyərək idarəetməni itirib və yol qırağında dayanan 3 piyadanı vurub. Piyadalardan biri ölüb, ikisi isə yaralanıb.

Ehtimala görə, sürücü avtomobili yüksək sürətlə idarə edib və qarşıdakı maşınla ara məsafəsi saxlamayıb. Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.

Hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a bildiriblər ki, qəza zamanı xəsarət alan Türkiyə vətəndaşları Mütəllib Tekiş və Songül Tekiş ər-arvaddırlar və onlar, hadisə zamanı səkidə dayanıblar. Songül Tekiş əvvəlcə Bakı Neyrocərrahiyyə Xəstəxanasına, oradan da Baku Medical Plaza-ya aparılıb. 

Onu da qeyd edək ki, "Mercedes Gelandewagen"in əvvəlcə toqquşduğu VAZ 21154 markalı avtomobilin sürücüsü Adil Ocaqverdiyev heç bir xəsarət almayıb. 

Qəzadan əvvəl "Mercedes Gelandewagen" markalı avtomobil Heydər Əliyev adına Beynəlxalq Hava Limanından şəhərə doğru hərəkət edirmiş.

Mövzu:
Bakıda dəhşətli "Gelandewagen" qəzası (10)

Əlaqədar

Sumqayıtda dəhşətli qəza: cəsədləri xilasedicilər çıxardılar
Bakıda 11 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verdi
Zəncirvari qəza Bakıda tıxac yaratdı
Tovuzda ağır yol qəzası olub, ölən və yaralananlar var
Ağır qəzada xəsarət alan azyaşlılar Bakıya göndərildilər
Azərbaycan vətəndaşları daha bir ölkədə qəza törətdilər
Tələbələrin ölümünə səbəb olan qəzanın yeni dəhşətli detalları üzə çıxdı
Ağır qəzada ölənlərin sayı 5 nəfərə çatdı
Teqlər:
"Mercedes Gelandewagen" markalı avtomobil, Nərimanov rayonu, Sputnik Azərbaycan, Bakı, qəza

Əsas mövzular